Moskvada mayın 12-də gecə saatlarında MiQ təyyarələri üçün mühərriklərin istehsal olunduğu zavodda yanğın baş verib. 

"Unikal" xarici KİV-ə istinadən xəbər verir ki, yanğın nəticəsində 3 nəfər xəsarət alıb.

Bildirilib ki, əvvəllər  maşınqayırma zavodu kimi fəaliyyət göstərən müəssisə sonradan MiQ təyyarələri üçün mühərriklər istehsal etməyə başlayıb. 

Artıq yanğın söndürülüb, xəsarət alanlar xəstəxanaya çatdırılıb.

Ağarza Elçinoğlu