Rusiyanın Sankt-Peterburq şəhərində 36 yaşlı polis məktəbli qızı zorlayıb. 

"Unikal" Rusiya KİV-ə istinadən xəbər verir ki, 36 yaşlı polis leytenantı yeniyetmənin cinsi toxunulmazlığına qarşı cinayətdə şübhəli bilinərək saxlanılıb. 

Məlumata görə, o, 2 gün ərzində 14 yaşlı qızı iş yerində zorlayıb.

Fakatla bağlı üç cinayət işi açılıb. Polisi 15 ilə qədər həbs gözləyir.