Moskvanın "Vremena Qoda" ticarət mərkəzində qaynar su borusunun partlaması nəticəsində 4 nəfər ölüb.

"Unikal" xəbər verir ki, bu barədə Rusiya Fövqəladə Hallar Nazirliyi məlumat yayıb. 

"Ölənlərin cəsədləri ticarət mərkəzinin içərisində tapılıb, ümumilikdə 4 nəfər ölüb, 9 nəfər yaralanıb", - məlumatda deyilir. 

Moskva meri Sergey Sobyanin xilasetmə işlərinin davam etdirildiyini yazıb. 

Ağarza Elçinoğlu