Türkiyədə istilərin ən çox hiss olunduğu Adana vilayətində günəşə atəş açmamaq barədə vətəndaşlara xəbərdarlıq edilib. 

"Unikal" xəbər verir ki, bu barədə Adananın Seyhan Bələdiyyəsi açıqlama yayıb. 

Xidməti maşınla vətəndaşlara çağırış edən bələdiyyə işçiləri lazım olmadıqca çölə çıxmamağı və günəşə atəş açmamağı tövsiyə edib. 

Ağarza Elçinoğlu