Belarus prezidenti Aleksandr Lukaşenko Rusiyaya gedib. 

"Unikal" BELTA-ya istinadla xəbər verir ki, o, Sankt-Peterburqda rusiyalı həmkarı Vladimir Putinlə görüşəcək. 

Tərəflər iyulun 23-də danışıqlar aparacaq: "Danışıqların gündəliyi müəyyən edilib, müzakirə olunacaq çoxlu məsələlər var. Onların arasında təhlükəsizlik, beynəlxalq gündəm, iqtisadi əməkdaşlıq, qanunsuz sanksiyalar təzyiqinə qarşı mübarizə və s. var". 

Qeyd edək ki, Lukaşenko iyulun 21-də xarici və belarus jurnalistləri ilə görüşdə Putinlə danışıqlara hazır olduğunu açıqlamışdı. 

Ağarza Elçinoğlu