Türkiyədə müxalif HUDA PAR partiyasının Adana şəhərindəki binasına hücum edilib. 

"Unikal" xəbər verir ki, partiyanın vilayət Adana üzrə lideri Salih Dəmir və katibi Sacit Pişgin namaz qıldıqları anda onlara bıçaqla hücum olunub. 

Xəstəxanaya aparılan Pişgin ölüb, Dəmirin müalicəsi davam edir. 

Daxili işlər naziri Ali Yerlikaya hücumu həyata keçirən şübhəlinin nəzarətə alındığını açıqlayıb. 

Ağarza Elçinoğlu