Yevlaxda ölümlə nəticələnən ağır yol qəzası olub.

 "Unikal"ın məlumatına görə, hadisə Yevlax-Xaldan avtomobil yolunda baş verib. "Opel" markalı minik avtomobilinin yük maşınına çırpılması nəticəsində minik avtomobilinin təxminən 30 yaşlı sürücüsü maşında sıxılı vəziyyətdə qalıb və aldığı xəsarətlərdən yerindəcə keçinib.

FHN xilasediciləri sıxılı vəziyyətdə  qalan şəxsin meyitini çıxararaq aidiyyati üzrə təhvil verib. Onun kimliyi hələki məlum deyil.

Faktla bağlı araşdırma aparılır.

Ehtiram Muradov