Bu gecə MLS liqasında "Orlando Siti"ni 5:0 hesabı ilə yenən "İnter Mayami"nin argentinalı superulduzu Lionel Messi dubl etdiyi görüşdə yubiley qoluna imza atıb.

"Unikal" xəbər verir ki, 37 yaşlı Leo ölkə çempionatlarında 500-cü qolunu vurub. 

Cənubi amerikalı forvard "Barselona"da çıxış edərkən İspaniya La Liqasında 474, PSJ-də top qovarkən Liqa 1-də 22, MLS-də isə 4 dəfə adını tabloya yazdırıb.

Qeyd edək ki, Messi bütün rəsmi turnirlərdə 891 matçda meydanda olub.  O, bu qarşılaşmalarda 722 qol və 345 məhsuldar ötürmə ilə diqqət mərkəzinə düşüb.