Paris Moda Həftəsində podiuma çıxan Kriştiano Ronaldonun sevgilisi Corcina Rodrigez Ronaldonun bir-iki ildən sonra futbolçu karyerasını bitirəcəyini deyib. 

"Unikal" xarici KİV-ə istinadən xəbər verir ki, Corcina bu açıqlamanı moda həftəsi zamanı səhnə arxası söhbətində verib.

O, "Kristiano bir ildən sonra təqaüdə çıxacaq. Bəlkə iki il, bilmirəm" deyib.

“Əl Nəsr”də çıxış edən Ronaldo Səudiyyə Ərəbistanı yığması ilə ümumilikdə 48 oyun keçirib. Portuqaliyalı ulduz sözügedən matçlarda 42 qol vurub, 13 məhsuldar ötürmə edib.