Sabirabadda ölümlə nəticələnən ağır yol qəzası baş verib.

"Unikal" xəbər verir ki, hadisə rayonun Zalqarağac kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.

"Mercedes" markalı avtomobillə “Chevrolet” markalı nəqliyyat vasitəsinin toqquşması nəticəsində iki nəfər ölüb, bir nəfər yaralanıb. 

Qəza nəticəsində sürücü, 1989-cu il təvəllüdlü Süleymanov Ərzuman Məzahir oğlu və 1978-ci il təvəllüdlü Mədətov Zaur Xudayar oğlu dünyasını dəyişib.

Xəsarət alan Sabirabad rayonunun Çöl Beşdəli kənd sakini, 1996-cı il təvəllüdlü Mustafayev Elməddin Ağazadə oğlu Şirvan Şəhər Mərkəzi Xəstəxanasına yerləşdirilib. Onun komaya düşdüyü bildirilir.

Ölənlərin şəxsiyyəti dəqiqləşdirilir.