Cəlilabad rayonunda iki nəfərin xəsarət alması ilə nəticələnən yol qəzası baş verib.

"Unikal" report-a istinadən xəbər verir ki, hadisə Cəlilabad şəhəri ərazisində qeydə alınıb.

Belə ki, "Toyota Prius" markalı minik avtomobilinin "VAZ 2106" markalı nəqliyyat vasitəsi ilə toqquşması nəticəsində iki qadın xəsarət alıb.

Yaralılar rayon xəstəxanasına çatdırılıb.

Faktla bağlı araşdırma aparılır.