Tbilisinin Boçorma küçəsindəki atıcılıq poliqonunda baş verən partlayış nəticəsində yaralanan 4 nəfərdən biri dünyasını dəyişib.

"Unikal" xəbər verir ki, bu barədə Gürcüstanın Daxili İşlər Nazirliyinin Fövqəladə Hallar üzrə İdarəetmə Xidməti bildirib.

Bununla da partlayış nəticəsində ölənlərin sayı 3-ə çatıb.  

Daha üç zərərçəkən yanıq mərkəzinə aparılıb. Partlayış nəticəsində xəsarət alan 3 nəfərdən biri reanimasiyada, ikisi cərrahiyyə şöbəsindədir.

*** 15:16

Gürcüstanın paytaxtı Tbilisidə atıcılıq mərkəzində baş vermiş partlayış nəticəsində iki nəfər ölüb, dörd nəfər isə yaralanıb.

"Unikal" xəbər verir ki, bu barədə ölkənin Daxili İşlər Nazirliyi məlumat yayıb.

Əraziyə polis və yanğınsöndürənlər cəlb edilib, faktla bağlı araşdırma aparılır.