İranın Ali Rəhbərinin baş hərbi müşaviri, iranlı general-mayor Yəhya Rəhim Səfəvi bildirib ki, İsrail səfirliklərinin heç biri artıq təhlükəsiz deyil.

"Unikal" Mehr" agentliyinə istinadən xəbər verir ki, onun sözlərinə görə, İsrailə qarşı çıxmaq Tehranın “qanuni haqqıdır”.

Baş hərbi müşavir İsrailin Dəməşqdəki İran konsulluğuna hücumu qurbanlarının xatirəsini anma mərasimində çıxışı zamanı deyib ki, “bu şəhidlərin qanı regionun strategiyalarına əsaslı dəyişikliklər gətirəcək”.

O əlavə edib ki, “müqavimət cəbhəsi İranın rəhbərliyi altında bu regionun taleyini təyin edəcək”.