Yaponiyanın Miyazaki prefekturasının cənubunda, Kyuşu adasında 5,2 bal gücündə zəlzələ baş verib.

"Unikal"ın məlumatına görə, bu barədə ölkənin Milli Meteorologiya Xidməti xəbər verib.

Məlumata əsasən, mütəxəssislər fövqəladə hallar barədə bildiriş sistemi vasitəsilə zəlzələdən sonra güclü vibrasiya ehtimalı barədə xəbərdarlıq ediblər.

Təbii fəlakətin episentri Miyazaki adası sahillərində olub. Zəlzələnin ocağı 40 km dərinlikdə yerləşib.

Xəsarət alanlar və dağıntılar barədə məlumat verilməyib. Sunami təhlükəsi elan olunmayıb.