Qərbi Afrika ölkəsi Nigeriyanın Sokoto əyalətində uşaqlar arasında naməlum xəstəlik yayılıb.

"Unikal" xarici KİV-ə istinadən xəbər verir ki,  indiyədək 3 azyaşlı  "diaqnozu qoyulmamış xəstəlik" səbəbindən həyatını itirib,  127 nəfər isə xəstəxanaya yerləşdirilib. 

Əyalət rəhbərliyi xəstəliyin səbəbini araşdırmaq və qarşısını almaq üçün federal hökumətdən kömək istəyib.

Gülayə Mecid