"Qarabağda rus sülhməramlılarının olmasına ehtiyac sıfırdır, çünki onun ərazisində heç bir erməni qalmayıb". 

"Unikal" xəbər verir ki, bunu Rusiya Dövlət Dumasının MDB işləri üzrə komitə sədrinin birinci müavini, deputat Konstantin Zatulin deyib. 

"Rusiya sülhməramlılarının Qarabağ ərazisindən çıxarılması iki şərtlə əvvəlcədən müəyyən edilib və hazırkı şəraitdə tamamilə təbiidir. Birinci hal ondan ibarətdir ki, Ermənistan hökuməti Qarabağı Azərbaycanın bir hissəsi kimi tanıdı və o andan Qarabağ ərazisində baş verən hər şey Ermənistanın iştirakı olmadan Rusiya ilə Azərbaycan arasında müzakirə mövzusuna çevrildi. İkincisi, 2023-cü ildə Azərbaycan ikinci hücum dalğasına başladı və erməni əhalisi onun ərazisini tamamilə tərk etdi, orada daha erməni qalmayıb. Müvafiq olaraq, bununla əlaqədar Rusiya sülhməramlılarının orada olma ehtiyacı sıfıra yaxınlaşmağa başladı", - deyə o bildirib.

Zatulin həmçinin iddia edib ki, Azərbaycan Rusiya sülhməramlıları bölgədə qalsa, yeni münaqişənin səbəbkarı olacaqlara: "Onlar etiraz etsəydilər, bu, Rusiya ilə Azərbaycan arasında münasibətlərdə problemlər yaradardı. Əgər onlar Azərbaycanın 2023-cü ildə Qarabağda yeni əməliyyat keçirməsinə etiraz etmədikləri kimi, buna etiraz etməsəydilər, Ermənistan tərəfi bu halda sülhməramlıları Azərbaycanla əlbir olmaqda ittiham edə bilərdi". 

Deputatın fikrincə, sülhməramlılar geri çəkildikdən sonra Qarabağda yeni müharibənin başlaması üçün heç bir əsas yoxdur.

Xatırladaq ki, bundan bir gün əvvəl Zatulin Rusiya qoşunlarının Qarabağda qalması səbəblərindən danışmışdı. O, bu gün açıqladıqlarının tam əksinə olaraq Rusiya ilə Azərbaycan arasındakı münasibətləri yüksək dəyərləndirib. 

Ağarza Elçinoğlu