Böyük Britaniyadan olan oğlan qağayıların səsini təqlid edərək Avropa çempionatının qalibi olub.

"Unikal" xarici KİV-ə istinadən xəbər verir ki, yarış ənənəvi olaraq Belçikanın sahilyanı De Panne şəhərində baş tutub.

Belə ki, doqquz yaşlı britaniyalı Kuper Uolles qağayıların fəryadını simulyasiya edərək, mükafata sahib olub. Kuper mümkün 100 xaldan 92 xal toplayaraq iki kateqoriya üzrə qalib olub.