"Azərbaycan və İrandan qaz kəmərinin çəkilməsi və həmin ölkələrdən qazın alınması çox yaxşı variantdır". 

"Unikal" xəbər verir ki, bu barədə ermənistan parlamentinin spikeri Alen Simonyan bildirib.

O, bu barədə hələlik heç bir müzakirənin getmədiyini deyib. 

Spiker "Ermənistan Azərbaycandan qaz ala bilərmi?" sualına belə cavab verib: "Mən buna çox müsbət yanaşıram. Biz bu məsələni müzakirə etməliyik. Və ümumiyyətlə, indi istifadə etdiyimiz qazın bir hissəsi Azərbaycanındır". 

Simonyan bildirib ki, Azərbaycanın Avropaya satdığı qazı dolayı yolla Ermənistan da alır. 

Ağarza Elçinoğlu