Yardımlı rayonunun Dəlləkli kənd orta məktəbində müəllim vəzifəsində çalışan Nəcəf Məhərrəmov gündəmdən düşmür.

Unikal.org bildirir ki, sosial şəbəkələrdə fotosunun yayılmasından və BakiPost.az saytına "21 ildir, uşaqları məktəbə özüm aparıb-gətirirəm - Məşhur fotodakı müəllim başlıqlı müsahibəsindən sonra televiziya kanallarının da diqqətini çəkən Nəcəf müəllim artıq hər kəsin sevimlisinə çevrilib.

Nəcəf Məhərrəmovun 10 şagirddən ibarət sinfindən dərs zamanı çəkilən fotoları təqdim edirik: