"Diriliş Ertoğrul serialı yeni mövsümdən "Diriliş Osman Qazi olaraq ekranlara davam edəcək.

Unikal.org Türkiyə mətbuatına istinadən xəbər verir ki, Osman Qazi obrazını aktyor Burak Özçivit canlandıracaq.

Artıq ssenari ilə tanış olan aktyor üçün kostyumların tikilişinə və çəkilişlərə start verilib.

Qeyd edək ki, "Diriliş Ertuğrulda 1258-ci ildə Ertuğrulun dünyaya gələn sonuncu oğlu Osman onun ən ağıllı uşağıdır. 1280-ci ildə Ertuğrulun ölümü ilə taxta Osman Bəy keçir və Osmanlı İmperiyasının qurucu padşahı olur.

Xatırladaq ki, yeni sezondan Ertuğrul obrazını canlandıran aktyor Engin Altan Düzyatan serialdan ayrılmış olacaq.