Gürcüstanın paytaxtı Tbilisi şəhərində baş tutan bəylər və xanımlar arasında keçirilən, 40-dan çox ölkənin iştirak etdiyi "Miss & Mister Planet 2018" yarışmasının qalibi bəlli olub.

Unikal.org oxu.az-a istinadən bildirir ki, yarışmada kişilər arasında birinciliyi Azərbaycan Dövlət İqtisad Universitetin 18 yaşlı tələbəsi, model Emil Qasımov  əldə edib.

Qadınlardan isə Ukraynanı təmsil edən Elena Firut birinci olub.

Qeyd edək ki, Azərbaycanı yarışmada təmsil edən 23 yaşlı Züleyxa Orucova isə ilk beşlikdə yer alıb.