Müğənni Əli Mirəliyevin başına iş gəlib. 

Unikal.org  yenicag-a istinadən xəbər verir ki, sənətçi xəstəxanalıq olub. Bu barədə açıqlama verən Ə.Mirəliyev Mərdəkandakı bağında işləyərkən xəsarət aldığını bildirib:

"Bağda işləyirdim, ayağım armaturla pilləkan arasında sıxılıb qaldı. Evdəkilər xəbər tutdu, tez həkimə çatdırdılar. Sağ olsun həkimlər yardım etdi, iynə vurdular, ağrıdan ölürdüm. İndi yaxşıyam, axsaya-axsaya yeriyirəm".

Qeyd edək ki, bu gün Əli Mirəliyev ARB TV-də aparıcısı olduğu "Səhər-Səhər" verilişində iştirak etməyib.