Prezident İlham Əliyev Nəqliyyat, Rabitə və
Yüksək Texnologiyalar Nazirliyinin tabeliyində İnnovasiyalar
Agentliyinin yaradılması haqqında fərman imzalayıb.
Unikal.org xəbər verir ki, ölkə başçısının yeni qurumun yaradılması ilə bağlı imzaladığı fərmanda deyilir:
1.
Azərbaycan Respublikası Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar
Nazirliyinin (bundan sonra -” Nazirlik) tabeliyində olan İnformasiya
Texnologiyalarının İnkişafı Dövlət Fondunun və "Yüksək Texnologiyalar
Parkı Məhdud Məsuliyyətli Cəmiyyətinin əsasında Nazirliyin tabeliyində
İnnovasiyalar Agentliyi (bundan sonra -” Agentlik) yaradılsın.
3.1. Azərbaycan Respublikasının Prezidentinə:
3.1.1. Agentliyin nizamnaməsinin və strukturunun təsdiqi;
3.1.2. Agentliyin nizamnamə fondunun miqdarının müəyyən edilməsi;
3.1.3. Agentliyin icra orqanının yaradılması, onun səlahiyyətlərinin müəyyənləşdirilməsi və səlahiyyətlərinə vaxtından əvvəl xitam verilməsi;
3.1.4. Agentliyin yenidən təşkili və ləğv edilməsi;
3.2. Nazirliyə:
3.2.1. bu Fərmanın 3.1-ci bəndində qeyd edilənlər istisna olunmaqla, "Publik hüquqi şəxslər haqqında Azərbaycan Respublikası Qanununun 8.2-ci maddəsində publik hüquqi şəxsin təsisçisinin səlahiyyətlərinə aid edilmiş digər məsələlərin həlli.
5. Nazirlik:
5.2. bu Fərmanın 2-ci hissəsində göstərilən fəaliyyət istiqamətləri üzrə Azərbaycan Respublikasının qanunvericilik aktları ilə müəyyən edilmiş mexanizmlərin təkmilləşdirilməsinə dair təkliflərini iki ay müddətində Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;
5.3. Agentliyin yaradılmasından irəli gələn məsələlərin həlli ilə bağlı tədbirlər görsün.
6. Azərbaycan Respublikasının Nazirlər Kabineti:
6.1.
Azərbaycan Respublikası Prezidentinin aktlarının bu Fərmana
uyğunlaşdırılması ilə bağlı təkliflərini üç ay müddətində hazırlayıb
Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;
6.2. Azərbaycan Respublikası Nazirlər Kabinetinin normativ hüquqi aktlarının bu Fərmana uyğunlaşdırılmasını üç ay müddətində təmin edib Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;
6.3. mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının bu Fərmana uyğunlaşdırılmasını nəzarətdə saxlasın və bunun icrası barədə beş ay müddətində Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;
6.4. Nazirliyin tabeliyində İnformasiya Texnologiyalarının İnkişafı Dövlət Fondunun və "Yüksək Texnologiyalar Parkı Məhdud Məsuliyyətli Cəmiyyətinin balansındakı əmlakın Agentlik dövlət qeydiyyatına alındığı gündən bir ay müddətində Agentliyin balansına verilməsini təmin etsin;
6.5. hər il dövlət büdcəsi tərtib edilərkən Agentliyin fəaliyyətinin təmin edilməsi məqsədilə zəruri vəsaitin nəzərdə tutulmasını təmin etsin;
6.6. bu Fərmandan irəli gələn digər məsələləri həll etsin.
7.
Mərkəzi və yerli icra hakimiyyəti orqanları, dövlət mülkiyyətində olan
və paylarının (səhmlərinin) nəzarət zərfi dövlətə məxsus olan hüquqi
şəxslər və dövlət adından yaradılan publik hüquqi şəxslər bu Fərmandan
irəli gələn vəzifələrin icrası ilə bağlı Agentliyə lazımi kömək
göstərilməsini və onun müraciəti əsasında zəruri məlumatların təqdim
olunmasını təmin etsinlər.
8. Azərbaycan Respublikasının
Ədliyyə Nazirliyi mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi
aktlarının və normativ xarakterli aktların bu Fərmana
uyğunlaşdırılmasını təmin edib Azərbaycan Respublikasının Nazirlər
Kabinetinə məlumat versin.