Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində qəsdən sağlamlığa ağır zərbə vurmaqda təqsirləndirilən Şahin Heydərovun cinayət işi üzrə məhkəmə prosesi yekunlaşıb.
Unikal.org Trend-ə istinadən verdiyi məlumata görə, hakim Əfqan Hacıyevin sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsə hökm oxunub. Məhkəmənin hökmü ilə Ş.Heydərov 5 il müddətinə azadlıqdan məhrum edilib.
Qeyd edək ki, hadisə keçən il Xaçmaz rayonunda baş verib. Ş.Heydərov yanında olan xanımla küçədə gedərkən rayon sakini Azad Quliyev qadına söz atıb. Ş.Heydərov A.Quliyevlə mübahisə edib və mübahisə qanlı hadisəyə səbəb olub. Ş.Heydərov A.Quliyevi bıçaqlayıb. O, Cinayət Məcəlləsinin 126 (qəsdən sağlamlığa ağır zərbə vurma) maddəsi ilə ittiham verilib.