İspaniya La liqasında "Barselona klubu "Real (Madrid) komandası ilə qarşılaşmada 90-cı dəqiqəyədək 1:0 hesabı ilə öndə olsa da qələbəni əldən verib.

Unikal.org xəbər verir ki, "El klassiko" adlandırılan oyunda qolları 53-cü dəqiqədə Luis Suares və 90-cı dəqiqədə Sergio Ramos vurub.

Beləliklə, "Real meydanı 33-cü dəfə məğlubiyyətsiz tərk edib və əsas rəqibi "Barselona klubu ilə arasındakı altı xallıq fərqi qoruyub saxlayıb.