Daşkəsəndə yerli sakin bıçaqlanıb.

Unikal.org report-a istinadən xəbər verir ki, rayon sakini, 1991-ci il təvəllüdlü İsmayılov Əkbər Kazım oğlu döş qəfəsindən bıçaqlanaraq xəstəxanaya yerləşdirilib. Yaralı qardaşı tərəfindən xəstəxanaya aparılıb.

Ə.İsmayılovun qardaşı onun bədəninə qayçı batması nəticəsində xəsarət aldığını desə də, həkimlər xəsarətin bıçaq yarası olduğunu müəyyənləşdiriblər.

Onun kim tərəfindən və hansı səbəbdən bıçaqlandığı hələlik məlum deyil.

Faktla bağlı araşdırma aparılır.