ATV telekanalında yayımlanan "Maşın realiti şousunun çəkiliş qrupu finala yüksələrək mübarizəsini davam etdirən müğənni Talıb Talehin evində olub.

Unikal.org-un məlumatına görə, müğənninin Göygöl rayonunda yerləşən evi sadəliyi ilə diqqət çəkib.

Onun atası Ələsgər Ələsgərov qeyd edib ki, Talıb Taleh Aşıq Ələsgərin kötücəsidir.

Talıb Taleh Bakıda tək yaşayır. O bildirib ki, Qərbi Azərbaycandan qaçqın düşdükdən sonra uşaqlığı Göygöldəki evdə keçib.