Gəncə şəhərinin Kəpəz rayonunda 1 nəfər beşmərtəbəli yaşayış binasının 4-cü mərtəbəsinin eyvanına çıxaraq intihar etmək istəyini nümayiş etdirib.

Unikal.org FHN-ə istinadən xəbər verir ki, Gəncə Regional Mərkəzinin xilasetmə qüvvələri dərhal hadisə yerinə cəlb olunub. 

Vətəndaşla aparılan psixoloji söhbətlər nəticəsində o, özünə qəsd etmək fikrindən daşınıb. Əməliyyat başa çatıb.