“Bavariya”, “Çelsi” və “Real” klublarının sabiq futbolçusu Aryen Robben karyerasını başa vurub.

Unikal.org  xəbər verir ki, bu barədə 35 yaşlı hollandiyalı yarımmüdafiəçi açıqlamasında bildirib. 

“Peşəkar futbolçu karyeramı başa vurmağı qərara aldıım. Bu, karyeramda verdiyim ən çətin qərardır”, - deyə Robben vurğulayıb. 

Qeyd edək ki, Robben indiyədək müxtəlif klubların heyətində çıxış edərək 29 titul qazanıb. O, Hollandiya millisində 96 oyun keçirib və 37 qol vurub.