08 Dekabr 2019
07 Dekabr 2019
"Sumqayıt” Türkiyədə 4 yoxlama oyunu keçirəcək
"Sumqayıt” Türkiyədə 4 yoxlama oyunu keçirəcək İDMAN 19:44 2019-07-20

2019/2020 mövsümü üçün hazırlıqlarını Ankaranın Kızılcahamam bölgəsində davam etdirən “Sumqayıt” futbol klubu təlim-məşq toplanışı ərzində 4 yoxlama oyunu keçirəcək. 

Unikal.org xəbər verir ki,  Ayxan Abbasovun yetirmələrinin rəqibləri və matçların tarixləri dəqiqləşib.

“Sumqayıt” iyulun 21-də Rumıniyanın “Petrolul”, 24-də Türkmənistanın “Ahal”, 29-da Türkiyənin “Gənclərbirliyi”, avqustun 1-də isə bu ölkənin digər təmsilçisi “Akhisar”la qarşılaşacaq.

Qeyd edək ki, qarşılaşmaların keçiriləcəyi yer və başlama saatları hələ dəqiqləşməyib.