Oğuz rayonunda mürəkkəb relyefli dağlıq ərazilərdə baş vermiş yanğın Fövqəladə Hallar Nazirliyinin müvafiq qüvvələri tərəfindən məhdudlaşdırılıb.

Fövqəladə Hallar Nazirliyindən Unikal.org-a verilən məlumata görə, yanğının tam söndürülməsi (tüstülənmə ocaqlarının söndürülməsi) istiqamətində təxirəsalınmaz işlər aparılır.