Futbol üzrə Azərbaycan Kubokunda 1/4 final mərhələsinin daha bir ilk oyunu keçirilib.

Unikal.org xəbər verir ki, "Neftçi" "Sumqayıt"ı qəbul edib. 

"Bakcell Arena"da baş tutan matçda qonaqlar qalib gəlib - 1:0. Qarşılaşmanın 48-ci dəqiqəsində Rəhim Sadıxov fərqlənib.

Qeyd edək ki, bu komandalar arasında cavab görüşü dekabrın 20-də Sumqayıtdakı "Kapital Bank Arena"da olacaq. Oyun saat 17:00-da başlayacaq.