Gədəbəydə evdən oğurluq hadisəsi baş verib.

Bu barədə Unikal.org-a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib.

Belə ki, Gədəbəy Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində fevralın 6-da rayon ərazisindəki evlərin birindən 3 500 manat oğurlamaqda şübhəli bilinən Qızıltorpaq kənd sakini, əvvəllər məhkum olunmuş Ç.İbrahimov saxlanılıb.