Türkiyənin məşhur teleaparıcısı Acun Ilıcalı sosial şəbəkə hesabından uzun müddətdir eşq yaşadığı 20 yaşlı sevgilisi Çağla Altunkaya ilə ilk fotosunu paylaşıb.

Unikal.org Türkiyə KİV-ə istinadən xəbər verir ki, koronavirus epidemiyası səbəbiylə “Survivor” çəkilişləri üçün  Dominikada olan,Acun Ilıcalı, sevgilisi Çağla Altunkaya ilə sürət gəmisində  dostaları ilə birlikdə əyləncəli anlarını paylaşıb. 

Belə ki,  Acun Ilıcalı bu anları 10 milyon izləyicisi olan İnstaqram hesabında paylaşıb.

Qeyd edək ki, 50 yaşlı məşhurun özündən 30 yaş balaca olan sevgilisi ilə ilk fotolarını paylaşaraq sevgili olduqlarını açıqlayıb.