Hər kəsin evlənəcəklərini gözlədiyi türkiyəli məşhurlar Murad Dalkılıç və Hande Erçel cütlüyü ayrılıb.

Unikal.org Türkiyə KİV-nə istinadən xəbər verir ki, bir müddət öncə evlənəcəklərini bildirən məşhurlar münasibətlərinə son qoyublar. Üç ildir sevgili olan Murad və Hande cütlüyü son zamanlar aralarında yaranan problemlərdən sonra dost kimi qalmağa qərar veriblər.