Türkiyənin şou proqramı aparıcısı Aslı Turanlı bahalı maskası ilə gündəm olub.

Unikal.org Türkiyə KİV-nə istinadən xəbər verir ki, sözügedən maska “Louis Vuitton” brendinə məxsusdur. Bebekdə rəfiqəsi ilə görüşən aparıcıdan maskanın qiymətini soruşduqda isə media nümayəndələrinə 1650 TL (410 manat) deyib. 

Qeyd edək ki, aparıcı-aktrisa Aslı Turanlı koronavirus səbəbi ilə sərhədlərin bağlı olmasının ardından sevgilisi dicey İlias Valeronla görüşə bilmədiyi üçün ayrılıq xəbərləri ilə gündəm olmuşdu.