“Dağlıq Qarabağ münaqişəsi ilə bağlı 30 ildir davam edən diplomatik danışıqlar nəticə vermədi, Azərbaycan döyüş meydanında haqqını geri aldı”.

Unikal.org-un xəbərinə görə, bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu ilin yekunlarına dair çıxışında deyib.

O bildirib ki, türk milləti olaraq Azərbaycana dəstək veriblər.

“Azərbaycana sadəcə qardaş olaraq yox, haqlı olduğu üçün dəstək verdik”, - deyə Türkiyə XİN başçısı vurğulayıb. 

Nazir qeyd edib ki, bundan sonra da Türkiyənin Azərbaycana dəstəyi davam edəcək.