Xəbər verdiyimiz kimi, Türkiyə Milli müdafiə naziri Hulusi Akar Azərbaycanda rəsmi səfərdədir. 

Unikal.org xəbər verir ki, Akar Dağlıq Qarabağdakı sülhməramlılara nəzarət edən Ortaq Mərkəzdə xidmət edəcək türkiyəli hərbçilərlə (Mehmetçik) görüşdən sonra bir daha Azərbaycan müdafiə naziri Zakir Həsənovu təbrik edib.Bu zaman Akar və Həsənov qucaqlaşaraq bir-birinə dəstək ifadə ediblər.