Fevralın 2-də futbol üzrə Türkiyə çempionatının XXIII turunun birinci qarşılaşmasında “Fənərbaxça” səfərdə “Hatayspor”un qonağı olub.

Unikal.org xəbər verir ki, qarşılıqlı hücumlar şəraitində keçən görüşdə hesabı 26-cı dəqiqədə İstanbul klubunun hücumçusu Mame Babe Tiam açıb. Matçın 88-ci dəqiqəsində meydan sahiblərinin müdafiəçisi Jean Klaude Billonq topu səhvən öz qapısından keçirib. Aaron Boupendza vurulan qollardan birinin əvəzini çıxsa da, komandasını məğlubiyyətdən xilas edə bilməyib.

Beləliklə, “Fənərbaxça” səfərdə “Hatayspor”u 2:1 hesabı ilə məğlub edib.

Günün digər matçında İstanbul derbisi keçiriləcək. “Qalatasaray” öz meydanında “Başakşəhər”i qəbul edəcək. Digər matçda isə “Rizəspor” doğma meydanda “Kasımpaşa” ilə üz-üzə gələcək.