Fevralın 8-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Vasif Talıbov yeni yaradılan hərbi hissələrə döyüş bayraqlarını təqdim edib.

Unikal.org Müdafiə Nazirliyinə istinadən xəbər verir ki, Əlahiddə Ümumqoşun Ordu komandanı, general-polkovnik Kərəm Mustafayev Ali Məclisin sədrinə raport verib.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Vasif Talıbov şəxsi heyəti salamlayıb.

Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.

Naxçıvan Əlahiddə Ümumqoşun Ordu komandanı, general-polkovnik Kərəm Mustafayev Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin hərbi hissələrə döyüş bayraqlarının verilməsi ilə bağlı təqdimatlarını oxuyub.

Ali Məclisin sədri yeni yaradılmış hərbi hissələrə döyüş bayraqlarını təqdim edib.