Səbail rayonu, Şeyx Şamil küçəsində yolun asfalt-beton örtüyündə çökmənin baş verməsi ilə bağlı sosial şəbəkələrdə məlumat yayılıb. Bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinnin (AAYDA) aidiyyəti şöbəsi artıq məlumatlandırılıb.

Unikal.org xəbər verir ki, bu barədə məlumatı AAYDA-nın mətbuat katibi Anar Nəcəfli paylaşıb.

Onun sözlərinə görə, qısa müddət ərzində çökmənin baş vermə səbəbi müəyyən edilərək aradan qaldırılacaq və yolun asfalt-beton örtüyü bərpa ediləcək.