Ötən gün Biləsuvarda özü ilə birgə körpə oğlu Poladı da çaya atan Gülər İmanzadənin atası Kamal İmanov vəfat edib.

Unikal.org  xəbər verir ki, Poladın babası bu gün ürəktutmadan dünyasını dəyişib.

Xatırladaq ki, ötən gün səhər saatlarında Biləsuvarda Gülər İmanzadə azyaşlı körpəsi Poladı və özünü kanala atıb. Nəticədə körpə həyatını itirib. Poladın 11 gün əvvəl bir yaşı tamam olmuşdu.