44 ölkə və beynəlxalq təşkilat 23 avqustda başlayacaq Krım Platformasının qurucuları kimi Kiyevə qoşulmaq qərarına gəliblər. 

Unikal.org "TASS"a istinadən xəbər verir ki, bu sözləri Ukraynanın xarici işlər naziri Dmitri Kuleba çıxışı zamanı deyib. 

Kuleba cümə axşamı günü mətbuat konfransında iştakı zamanı "Krım Platforması sammitinin iştirakçıları"nı elan edib:

"Bu gün Krım Platforması sammitinin iştirakçılarını elan edirəm. Bunlar 44 ölkə və beynəlxalq təşkilatlardır. Ukrayna ilə birlikdə 45 iştirakçı təşkil edir".

Qeyd edək ki, Krım Platforması, Krımın Ukraynanın idarəçiliyinə qaytarılması uğrunda bütün dünyada səyləri koordinasiya etmək üçün Ukrayna Prezidenti Vladimir Zelenski tərəfindən yaradılıb. 

Sözügedən platformanın inauqurasiya sammiti və onun fəaliyyətə başlaması 23 avqustda həyata keçiriləcək. 

Ağarza Elçinoğlu