Mərhum müğənni Kayahanın həyat yoldaşı İpek Açar Kömürcü, hazırki əri Alper Kömürcü və onun ailəsi ifaçıya məxsus "Gönül Köşkü" adlı villaya tətilə gedib.

Unikal.org Türkiyə  KİV-ə istinadən xəbər verir ki, bu vəziyyətə müğənninin qızı Beste Açar səssiz qalmayıb. O, "Atamın dəyərlərini, xatirələrinin heçə sayılması məni üzür. Məsələ ilə bağlı hüququ yollara əl atacam" sözlərini söyləyib.

2015-ci ildə dünyasını dəyişən Kayahanın qızı başqası ilə evlənsə də, atasının soyadından istifadə edən Açarı tənqid etmişdi. Kayahanın vəfatından 4 il sonra orkestr rəhbəri ilə evlənən İpek isə onun iradlarına önəm verməyib.

Miras olaraq qalan mahnıların bütün haqlarını üzərinə götürməyə çalışan Açara Beste sərt reaksiya verib. O, həm atasının qalan mahnılarının haqlarını, həm də villa ilə bağlı məhkəməyə müraciət edəcəyini deyib:

"Pul, mülk iddiasında deyiləm. Məni işin mənəvi tərəfi üzür. Onsuz da villaya getmək istəmirəm. Atamla bağlı xatirələr məni buraxmır. Yaşadıqlarımız hər saniyə gözümün önünədir. Orada əri və ərinin ailəsi ilə tətilə getməsi, atamın xatirəsinə heçə sayması məni incidir".