"Böyük Britaniya Əfqanıstanda İŞİD-in hədəflərinə yeni hücumlar etməyə hazırdır".

Unikal.org "The Daily Telegraph" qəzetinə istinadən xəbər verir ki, bunu Britaniya Hərbi Hava Qüvvələrinin Baş Qərargah rəisi Maykl Uiqston müsahibəsində bildirib.

"Nəticə etibarilə hər şey İŞİD-i məğlub etmək üçün qlobal koalisiyada rol oynaya bilməyimizə bağlıdır: istər zərbə endirməklə, istərsə də silahları müəyyən bir ölkəyə tez və lazımi miqdarda köçürməklə", - deyə Baş Qərargah rəisi vurğulayıb.

Ağarza Elçinoğlu