Batumidə yaşayış binasının dağıntıları arasında daha 1 nəfərin meyiti tapılıb.

Unikal.org xəbər verir ki, o, dağıntılar altında axtarılan sonuncu şəxs olub.

Bununla da hadisə nəticəsində ölənlərin sayı 9-a çatıb. Onların 3-ü uşaqdır.

Dağıntılar altından sağ çıxarılan bir nəfərin vəziyyəti ağır qiymətləndirilir.  

13.25

***13:23

Xilasedicilər Batumidə yaşayış binasının dağıntıları altından daha iki nəfərin meyitini çıxarıb.

Unikal.org xəbər verir ki, bununla da hadisə nəticəsində ölənlərin sayı 8 nəfərə çatıb.