Mozambikdən Milana qayıdan İtaliya vətəndaşında koronavirusun "omikron" variantı müəyyən edilib.

"Unikal" xəbər verir ki, sözügedən şəxs COVID-19 əleyhinə 2 doza peyvənd olunub. 

Bildirilib ki, sözügedən şəxs və 5 nəfərlik ailəsi dərhal təcrid olunub. Hazırda onun vəziyyətinin yaxşı olduğu deyilir. 

Ağarza Elçinoğlu