Bu gün Baku TV internet televiziyasının yaranma günüdür.

Baku TV-nin yaranmasından dörd il ötür.

İnternet üzərindən yayımlanan televiziya siyasət, iqtisadiyyat, idman, şou-biznes sahəsində, ölkədə və dünyada baş verən maraqlı hadisələri tez və operativ şəkildə işıqlandıraraq izləyicilərinin marağını qazanıb.

Baku TV-nin hazırda yutubda 310 minə yaxın abunəçisi var.

Davamlı yeniliklərə imza atan televiziya rusdilli tamaşaçılarını nəzərə alaraq son bir il ərzində Baku TV Ru-nu yaradıb, "Salam Baku" səhər efiri fəaliyyətə başlayıb, kollektivi daha da genişlənib.

Televiziya qısa müddət ərzində ölkənin ən məşhur onlayn televiziyalarından biri olub, tamaşaçı rəğbətini qazanmaqla reytinqlərdə ilk pillələrə yüksəlib.

"Unikal" Xəbər Portalı Baku TV-də çalışan həmkarlarını təbrik edir, onlara fəaliyyətlərində uğurlar arzulayır!