Millimizin futbolçusu Mahir Emrelinin çıxış etdiyi Zaqreb "Dinamo"su bu gün Xorvatiya çempionatında 27-ci tur oyununa çıxıb.

"Unikal" xəbər verir ki, komanda "Hayduk"un qonağı olub. Matç qolsuz bərabərliklə başa çatıb.

Emreli görüşdə start heyətdə yer alıb və 56-cı dəqiqədə komanda yoldaşı Marko Toliçlə əvəzlənib.