Türkiyənin milli müdafiə naziri Hulusi Akar sabah Almaniyaya səfər edəcək.

"Unikal" xəbər verir ki, bu barədə Türkiyənin Milli Müdafiə Nazirliyi məlumat yayıb.

O, Ukraynaya hərbi yardımla bağlı 30-a yaxın ölkənin müdafiə nazirlərinin iştirak edəcəyi görüşə qoşulacaq.

Görüş Almaniyada ABŞ-a məxsus Ramşteyn aviabazasında baş tutacaq.